14 October 2020

Koronavirusa görə Azərbaycanda bəzi yerlərə giriş-çıxış bağlanır

Oktyabrın 13-də Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Dəyişikliyə əsasən, karantin dövründə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olunmaqla, Sabirabad şəhərinə, bu rayonun Cavad, Türkədi, Qalağayın, Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılır.

Qırğızıstan prezidenti parlamentdən yenidən səs verməyə getməsini xahiş edəcək

Kozak bazar ertəsi günü Qırğızıstanda səfərdə olub

Oktyabrın 13-də Qırğızıstan prezidenti ölkədəki iğtişaşlardan sonra parlamentdən Baş nazir olaraq irəli sürdüyü şəxsə yenidən səs verməsini xahiş edəcəyini deyib, - “Reuters” xəbər verir.

Atılan addım rəsmi xarakter daşısa da, səsvermə uğursuz nəticələnərsə, ölkədə siyasi böhran daha da dərinləşə bilər, - “Reuters” əlavə edib.

Ermənilər AzTV-nin maşınını vurdu, sürücü yaralandı

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini hədəf almaqda davam edir.

Düşmənin atdığı mərmilərdən biri Tərtərdə çəkiliş aparan AzTV-nin əməkdaşlarının olduğu avtomobilin yaxınlığına düşüb.

İlkin məlumata görə, avtomobilin sürücüsü Namiq Qənbərov xəsarət alıb. Maşına isə ciddi ziyan dəyib. 

Şoyqu Zakir Həsənovla danışıqlar apardı

Rusiya Müdafiə naziri Sergey Şoyqu Azərbaycan və Ermənistanın Müdafiə nazirləri Zakir Həsənov və David Tonoyanla telefon danışığı aparıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı S. Şoyqu oktyabrın 10-da Moskvada əldə olunmuş humanitar atəşkəslə bağlı müvafiq öhdəliklərin tam icra olunmasına dair azərbaycanlı və erməni həmkarlarına çağırış edib.