12 October 2020

Tərtər bu vəziyyətdədir - Fotolar

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən ağır artilleriya ilə atəşə tutur.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 10-u saat 12:00-dan bu günədək düşmən tərərfindən dinc sakinlər yenidən hədəf alınaraq top mərmiləri atılıb.

Operativ.tv "Reporta" istinadən fotoreportajı təqdim edir.

ABŞ generalı Azərbaycan Ordusunun döyüş taktikasını NÜMUNƏ GÖSTƏRDİ

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı bütün dünya ölkələri tərəfindən diqqətlə izlənilir. 

Operativ.tv Modern.az-a istinadla xəbər verir ki, döyüş əməliyyatlarının gedişi və istifadə olunan silahların effektivliyi Pentaqon tərəfindən də təhlil olunur.

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Azərbaycan Ordusunun pilotsuz uçuş aparatlarını uğurla istifadə etməsini misal göstərib.

Erməni təxribatı nəticəsində ümumilikdə 41 mülki şəxs həlak olub - RƏSMİ

Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 12 oktyabr 2020-ci il tarixinədək Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 207 nəfər isə yaralanıb.