09 October 2020

Bakıda tramvayların bərpasının yolları açıqlandı

Hazırda şəhər ərazisində bir sıra istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır.

Bu barədə bu gün ictimaiyyətə təqdim edilmiş Bakının Baş Planında qeyd edilib.

Məlumatda vurğulanır: “Qeyd olunan mövcud infrastruktur yenidən aktivləşdirilə və “tramvay-elektrik qatarı” sisteminin tətbiqində bu infrastruktur imkanlarından istifadə oluna bilər”.