08 October 2020

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

ABŞ vətəndaşı Luiza Qlyuk Ədəbiyyat üzrə 2020-ci ildə Nobelə mükafatına layiq görülüb.

Məlumatı Nobel Komitəsi yayıb.

Qeyd edək ki, amerikalı şair Luiza Qlyuk (ingiliscə Louise Elisabeth Glück) 1943-cü il aprelin 22-də ABŞ-ın Nyu-York ştatında Avstriya-Macarıstandan çıxan yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvüdür.

Ermənistan məğlubiyyətini etiraf edir: "Sadəcə dəhşətdir..."

Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir.

Operativ.tv axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan deyib.

O, çoxsaylı ailənin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına bu cür reaksiya verib:

Aydın Mirzəzadə: “Çox istəyərdik ki, Rusiya Ermənistana birbaşa işğalçı desin”

"Bu bir diplomatik mövqedir, birtərəfliyi də qoruyub saxlayır. Eyni zamanda Ermənistanın bütün cəhdlərinə baxmayaraq Rusiyanın münaqişəyə birbaşa iştirakçı kimi daxil olmaqdan imtina etməsi də ortaya çıxdı”. 

Deputat Aydın Mirzəzadə Rusiya dövlət başçısı Vladimir Putinin oktyabrın 7-də "Rossiya24” telekanalına Dağlıq Qarabağla bağlı verdiyi açıqlama haqqında belə deyir. 

Ermənistan Xocalı Polis Şöbəsini və məktəb binasını vurdu

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur.