01 October 2020

Saakaşvilinin Azərbaycana dəstəyi erməniləri narahat edir

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Azərbaycana dəstək olması işğalçı Ermənistan tərəfini narahat edib.

Düşmən ölkənin Təhsil, Mədəniyyət və İdman naziri Arayik Harutyunyan sosial mediada paylaşım edərək Saakaşvilini tənqid edib.

O, gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınması barədə tələbin irəli sürüldüyünü bildirib.

Ermənistan ordusu təminatda ciddi problemlərlə üzləşir

Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.

Bu barədə Müdafiə nazirliyi məlumat yayıb. 

Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir.

Gürcüstan Azərbaycanda seçki məntəqələri açacaq

Gürcüstanda oktyabrın 31-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycanda 3 seçki məntəqəsi yaradılacaq.

 

Bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

 

Qərara əsasən, 4, 5 və 6 saylı məntəqələr Gürcüstanın Azərbaycandakı səfirliyində açılacaq.

 

Səsvermə günü Gürcüstandan kənarda 38 ölkədə ümumilikdə 55 seçki məntəqəsi fəaliyyət göstərəcək.

TBMM-də Qarabağdakı döyüşlər müzakirə olunacaq

Bu gün Türkiyə Böyük Millət Məclisi (TBMM) 27-ci mövsümünün açılışını edəcək.

Operativ.tv xəbər verir ki, tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Əvvəlcə TBMM sədri Mustafa Şentop açılış çıxışı edəcək, daha sonra söz Prezident Ərdoğana veriləcək.

Əsas gündəm son günlər Azərbaycan-Ermənistan arasında artan gərginlik, Dağlıq Qarabağ uğrunda aparılan döyüşlər barədə olacaq.