15 September 2020

Karantində cərimələnən məşhur şirkətlər - Siyahı

Məlum olduğu kimi, Azərbaycanda mart ayından etibarən koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq edilib və bu rejim çərçivəsində bəzi qaydalar məcburi xarakter daşıyıb. Bu qaydalara əməl olunması və buna nəzarət mexanizminin yaradılması üçün qanunvericiliyə də bəzi dəyişikliklər olunub. Karantin zamanı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyət müəyyən olunub. Bu qaydanı pozduğu üçün cərimə olunan sadə vətəndaşlarla yanaşı, qanuna riayət etməyən böyük və tanınmış şirkətlər də var.

Əli Həsənov Dubayda görüntüləndi – Bahalı istirahət mərkəzində səhər yeməyi

Prezidentin keçmiş köməkçisi Əli Həsənov Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda görüntülənib.

Xatırladaq ki, Əli Həsənov bir neçə gün öncə "Siyami Ersek ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsində müalicə aldığını bildirmişdi. Əldə etdiyimiz son məlumata görə isə Əli Həsənov artıq Türkiyəni tərk edib və Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Azərbaycan və Türkiyə HHQ-nin Gəncə üzərində birgə uçuşları

Bu gün saat 14:00-da Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümunəvi uçuşları keçiriləcək. Uçuşlara hər iki ölkənin hərbi təyyarələri və vertolyotları cəlb ediləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Tədbir sentyabrın 15-də Bakının azad edilməsinin 102-ci ildönümünə həsr olunub.

102 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan etdiyi hökumət Bakının işğalı səbəbindən Gəncədə yerləşib.

15 sentyabr Bakının bolşevik-daşnak hakimiyyətindən azad edildiyi gündür

Bu gün Bakının “Mərkəzi Xəzər diktaturası” (Sentrokaspi diktaturası) eser-menşevik hökumətinin qoşunlarından, erməni Daşnaksütyun Partiyasının və ingilis ekspedisiya qruplaşmasının silahlı dəstələrindən azad edilməsinin 102 ili tamam olur.

15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti (1918-20-ci illər) milli ordusunun hissələri Bakını düşmən qüvvələrinin işğalından azad ediblər

"Prokurorluğa şikayət etdiyim üçün icra nümayəndəsi məni cərimələtdirib”

İsmayıllı sakini İlham Əliyevdən kömək istəyir

 

“Bu ilin aprelində ölkə başçısı İlham Əliyevin çıxışını izlədim. Deyirdi ki, dövlət məmurlarının yaramaz əməllərinin qarşısını almaq lazımdır. Rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanları ilə yanaşı, sadə vətəndaşlar da fəallıq göstərməlidir. Prezident insanları səsləyib ki, qanunsuz hesab etdiyiniz əməlləri mənə yazın, yaxud müvafiq orqanlara müraciət edin”.

 

Ermənilərdən daha bir təxribat - Hərbçimiz yaralandı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

 

Müdafiə Nazirliyindən Operativ.tv-yə daxil olan məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

 

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.