14 September 2020

Belarusda etiraz aksiyalarında 774 nəfər saxlanılıb

Belarusda bazar günü keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 774 nəfəri saxlayıb.

Operativ.tv TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova məluma verib.

“Dünən ümumilikdə 774 vətəndaş (onlardan 500-dən çoxu Minskdə) kütləvi tədbirlər haqqında qanunvericiliyi pozduğuna görə saxlanılıb. 544 nəfər isə işlərinə məhkəmədə baxılana qədər həbs yerlərinə yerləşdirilib”, - mətbuat katibinin “Telegram” kanalında deyilir.

Bakı metrosu yenidən açılıb

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

Operativ.tv xəbər verir ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

Navalnının “Noviçok”la zəhərləndiyi daha 2 ölkədə təsdiqləndi

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnının nümunələri Fransa və İsveç laboratoriyalarında təkrar analiz olunub.

 

Operativ.tv “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, aparılan analizlər nəticəsində bloggerin “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi bir daha təsdiqlənib.

 

Tofiq Yaqublu palataya köçürülüb

Hazırda həbsdə olan və məhkəmənin hökmünə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublu müalicə olunduğu xəstəxanada palataya köçürülüb.

 

Operativ.tv-nin verdiyi xəbərə görə, bu barədə onun qızı Nigar Həzi məlumat verib. O bildirib ki, T.Yaqubluya gecə sistem qoşularaq yatızdırılıb: “Reanimasiyadan palataya köçürülüb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.