12 September 2020

Bu rüsum ləğv edildi

Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda ediləcək dəyişikliklərin mahiyyətini açıqlayıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Ailə Məcəlləsinə uyğun olaraq hazırlanıb.

Vəkillər Avropa Məhkəməsinə müraciət etdilər

Tofiq Yaqublunun vəkilləri Avorpa İnsan Haqları Məhkəməsinə ərizə ilə müraciət ediblər.  Bu barədə vəkil A.Layıc bildirib.

“Müracətimiz də ondan ibarət idi ki, T.Yaqublu modern bir hopitala köçürülsin. Çünki keçirdiyi aclıq aksiyası nəticəsində klinki koma vəziyyətinə düşə bilməsi ehtimalı böyükdür. Hətta bir dəfə T.Yaqublu bayılıb belə”.

Onun sözlərinə görə, hazırda T.Yaqublu yeriyə də bilmir, hərəkət məhdudiyyəti yaranıb, müəssisədə əməkdaşların yardmı ilə yeriyir.

Sabir Rüstəmxanlı: "Tofiq Yaqublu ilə bağlı çıxarılmış məhkəmə hökmü ədalətsizdir"

"Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsizlikdir”

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azad olunmasını istəyir.

 

Məlumatı partiyanın mətbuat xidməti yayıb. Bildirilir ki, Sabir Rüstəmxanlı Nizami Rayon Məhkəməsinin hökmünü ədalətsiz adlandırıb.

 

VHP sədri deyib ki, Azərbaycanın azadlığı yolunda mübarizə aparan, Qarabağ uğurunda vuruşan, vətəni qoruyan hər kəsə diqqət və həssaslıqla yanaşılmalıdır.

 

Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə yol polisini uddu

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov məhkəmədə Dövlət Yol Polisinə qalib gəlib.

 

“MediaPost”un əldə etdiyi məlumata görə, bir müddət əvvəl A.Məmmədov Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilib və sürücülük hüququndan məhrum edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edilib.

 

Məhkəmə A.Məmmədovun xeyrinə qərar verib.

 

Peru Prezidentinin impiçment prosesi başlanır - Səs yazısına görə

Peru Konqresi, ölkə Prezidenti Martin Viskarranın impiçment prosesinin başlanmasını təsdiqləyib.

 

Operativ.tv "Andina" agentliyinə istinadən xəbər verir ki, impiçmentin başladılmasının səbəbi Martin Viskarranın dövlət rəsmiləri ilə söhbətlərinin səs yazılarının ictimailəşməsi olub. Səs materialları Prezidentin qanunsuz müqavilələrin bağlanmasında iştirak etdiyini, iş üzrə istintaq zamanı müşavirlərini yalan ifadə verməyə məcbur etdiyini göstərir. 

 

Peru Prezidentinin dediyinə görə, səs yazıları orijinaldır, lakin montaj olunaraq dəyişdirilib.