11 September 2020

Emin Saqiyev 25-ci gün aclığı dayandırıb

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev 24 gün aclıq etdikdən sonra sentyabrın 11-də vəkili Bəhruz Bayramovla görüşündən sonra aclığı dayandırıb.

Vəkil B.Bayramov Turan-a bildirib ki, E.Saqiyev onun təkidli xahişlərindən sonra aclığı dayandırıb.

Vəkilin sözlərinə görə, sentyabrın 12-də o, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verəcək. Bundan başqa vəkil və E.Saqiyevin ailə üzvləri Əfv Komissiyasına müraciət edəcəklər.

Kubaya qarşı iqtisadi embarqonun müddəti uzadıldı

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı tətbiq olunan blokada qərarını yenidən uzadıb.

 

Bu barədə Ağ Ev mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda vurğulanır ki, 1917-ci ildə qəbul olunan və Kubaya qarşı iqtisadi embarqonu özündə ehtiva edən "Düşmənlə Ticarət Qanunu"nun müddətinin uzadılması ilə bağlı qərarı Prezident Donald Tramp imzalayıb.

 

Sentyabrın 14-dən metro açılır - Rəsmi açıqlama

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir məlumat yayıb. Operativ.tv-yə daxil olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.  

“Sıxlıq olan avtobuslara minməyin” çağırışından sonrakı vəziyyət - Video

Ötən gün DİN Baş DYP İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. Müraciətdə hərəkət iştirakçılarını, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinləri mütləq qaydada tibbi maskalardan istifadə etməyə, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinməyə çağırılırdı.

Sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. 

Elman Paşayev qanunu pozduğunu etiraf etdi

Ölümlə nəticələnən yol qəzası hadisəsi ilə bağlı gedən məhkəmə prosesində aktyor Mixail Yefremovu müdafiə edən azərbaycanlı vəkil Elman Paşayev Peşə Etikası Məcəlləsini pozduğunu etiraf edib.

 

Operativ.tv “TASS” agentliyinə istinadən xəbər verir ki, Paşayev bildirib ki, müvəkkilinin müdafiəsi ilə bağlı mətbuata danışarkən, jurnalistlərə artıq açıqlamalar verib. Eyni zamanda, qeyd edib ki, Şimali Osetiya Vəkillər Palatasının kvalifikasiya komissiyası onun vəkillik fəaliyyətində heç bir qanun pozuntusu aşkar etməyib.