10 September 2020

Vilyam Hacıyev həbsdə qaldı

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev məhkəmənin qərarından narazıdır. 

V.Hacıyev həbs qətimkan tədbirinin müddətinin uzadılması haqda Səbail rayon məhkəməsinin qərarından şikayət edib.

Onun müraciətinə Bakı Apelyasiya Məhkəməsinin hakimi Əli Seyfəliyev baxıb və şikayəti təmin etməyib. V.Hacıyev həbsdə qalıb.

Avropa Parlamentinin insan hüquqları üzrə məruzəçisi Tofiq Yaqublunun barəsində hökmü pisləyib

Avropa Parlamentin portuqaliyalıl üzvü, dünyada insan hüquqları üzrə məruzəçi İzabel Santos Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsində hökmü pisləyib.

O, “Amerikanın səsi” radiosuna şərhində deyib ki, Tofiq Yaqublunun 4 il və üç ay müddətinə azadlıqdan məhrum edilməsi Azərbaycan hakimiyyəti tərəfindən yanlış addım olub.

O qeyd edib ki, sentyabrın 3-də çıxarılan hökm onun qeyri-legitim həbsə və istintaqa əsasən çıxarıldığına dair şübhələri artırıb.

Nazirlər Kabinetinin bir səlahiyyəti ləğv olunur

Nəqliyyat vasitələrinin qeydiyyatına (daimi və müvəqqəti uçota alınmasına, nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələr əsasında həmin nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına) görə dövlət rüsumunun dərəcəsinin 10 manat olduğu halın əhatə dairəsi konkretləşdirilir.

Polisdən əhaliyə müraciət - Maska taxın, çalışın avtobusa minməyin!

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən daxil olan məlumatda deyilir:

Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir.

Azərbaycan iki erməni zabitini beynəlxalq axtarışa verdi

Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə hər vəchlə vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.