09 September 2020

Polis Tofiq Yaqubluya dəstək aksiyasının onlarla iştirakçısını saxlayıb - Video

Polis müxalifətçi siyasətçi Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsinə etiraz olaraq keçirilən bugünki aksiya ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri həyata keçirib.

Sosial şəbəkələr vasitəsilə aksiya saat 15:00-da Konstitusiya Məhkəməsi binasının qarşısında təyin edilmişdi. Lakin o vaxta qədər KM-in binasına girişlər gücləndirilmiş polis dəstələri və DİN çevik alayının qüvvələri tərəfindən bağlanıb.

“Kaspi”nin baş redaktoru işdən çıxdı

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev vəzifəsindən ayrılıb.

Bu barədə onun özü məlumat verib: “Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”.

Xatırladaq ki, ötən həftə “Kaspi” qəzetinin fəaliyyətinin dayandırılması ilə bağlı sualı cavablandıran İlham Quliyev qəzetin sadəcə gündəlik yayımı dayandırdığını bildirmiş, sentyabrdan həftəlik yayıma keçəcəklərini demişdi. 

Tofiq Yaqubluya görə aclıq aksiyası keçirən müsavatçı saxlanılıb

Müsavat Partiyasının Şəki rayon təşkilatının üzvü Natiq İsrafillinin polis tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə Toplum Tv-nin Şəki müxbiri Müsavat Partiyasının Şəki təşkilatının sədri Bakixan Qəribliyə istinadən məlumat verib.

Məlumata görə, Partiyanın Şəki rayon təşkilatının üzvü Natiq İsrafilli Tofiq Yaqublunun həbsinə etiraz olaraq 7 sentyabrdan aclıq aksiyası keçirirdi.

Ancaq 8 sentyabrda polis tərəfindən saxlanılıb və hazırda partiya üzvündən xəbər yoxdur.

Belarusun daha bir müxalifət lideri ilə əlaqə itib

Belarus Müxalifətinin Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü, vəkil Maksim Znak ilə əlaqə itib.

 

Operativ.tv “İnterfaks”a istinadən xəbər verir ki, onun mobil telefonu söndürülüb, messencerdən zəng çatmır.

 

Silahdaşlarından biri olan Pavel Latuşko ötən gecə Znak ilə əlaqə qurduğunu bildirib: “Sonuncu dəfə saat 12:00 radələrində danışdıq. O vaxtdan bəri əlaqə saxlamadıq”.

 

İlqar Məmmədova 234 min manat ödənildi

Ali Məhkəmənin qərarı ilə bəraət alan REAL partiyasının sədri İlqar Məmmədova həbsdə qaldığı günlərin müqabilində təyin edilən mənəvi təzminat ödənilib.

 

Artıq məhkəmənin qərarı icra edilib və İ.Məmmədovun hesabına dövlət büdcəsindən 234 min manat köçürülüb. Onun həbsdə qaldığı hər gün üçün təxminən 116 manat hesablanıb.

 

Onunla birgə bəraət alan Rəsul Cəfərova da 57 min 400 manat ödənilib.