08 September 2020

Küveyt İsrailə "yox" dedi

Küveyt hökuməti Birləşmiş Ərəb Əmirliklərinə səfər edən işğalçı İsrail rejiminə məxsus sərnişin təyyarəsinin öz hava sahəsindən istifadə etməyə icazə verməyib.

 

Bu barədə yerli mənbələr məlumat yayıblar.

 

Məlumatda vurğulanır ki, buna səbəb Küveytin işğalçı İsrail rejimini rəsmi olaraq tanımaması göstərilir.

 

Xatırladaq ki, nə Küveyt, nə də ki işğalçı İsrail rejimi səsləndirilən iddiaya heç bir münasibət bildirməyiblər

Yıxıldığı deyilən şagird məktəbdə intihara cəhd edibmiş

Sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 

FHN və DSX polkovniklərinin həbs müddəti uzadıldı - Yenilənib

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin müavini, general Əfqan Nağıyevlə birgə həbs olunan vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır.

İstintaqın təqdimatı ilə mayın ortalarında barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilən vəzifəlilərin həbsdə qalma müddəti bir neçə gün sonra başa çatır. Buna görə də istintaq müddətinin artırılması üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib.

Attestasiya imtahanında iştirak etməyənlərin diqqətinə

Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün 10 sentyabr 2020-ci il tarixində buraxılış imtahanları keçiriləcək.

 

“Operativ.tv” xəbər verir ki, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.

 

İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək.

 

Mehman bu gün əməliyyat olunacaq

Tanınmış blogger Mehman Hüseynov bu gün yenidən əməliyyat olunur.

 

"Operativ.tv” xəbər verir ki, bu barədə onun qardaşı Emin Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. Bildirib ki, Mehman İsveçrənin Geneva Universitet Hospitalında xərçəng şişinin cərrahi yolla xaric edilməsi əməliyyatına girəcək.

 

Həkimlərin bildirdiyinə görə, vəziyyətdən asılı olaraq, əməliyyat 6 saatdan 10 saatadək davam edə bilər.