07 September 2020

D18 Hərəkatı: "Ruslan İzzətliyə görə İlham Əliyev məsuliyyət daşıyacaq"

Ruslan İzzətli böyrək daşı diaqnozu ilə əməliyyat olunacaq

D18 Hərəkatının hərbi xidmətdə olan sədri Ruslan İzzətlinin səhhətində problem yaranıb.

Bu barədə hərəkatın sədr əvəzi, hüquqşünas Samira Ağayeva məlumat yayıb.

Samira Ağayeva bildirib ki, hərbi xidmətdə olan Ruslan İzzətlinin böyrəyində daş yerdəyişməsi baş verib, üstəlik də kista və bel yırtığı var.

Tramp Salman ibn Əbdüləzizə İsrailə görə təşəkkür etdi

Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı reallaşdırıb.

 

Bu barədə Ağ Ev mətbuat katibi Yud Diri açıqlama verib.

 

O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləzizə Körfəz ölkələri ilə müzakirəyə dəvət etdiyi və prosesə liderlik etdiyi üçün təşəkkür edib.

 

Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bir müddətdir xaricə sığınan, Azərbaycan hökumətini sərt tənqid və şantaj edən Qurban Məmmədov barəsində araşdırmaya başlanılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, idarədə Q.Məmmədova aid olan torpaq sahələri, yaşayış evləri və mənzilləri hansı yolla əldə etdiyi araşdırılır.

Belarus müxalifətinin liderlərindən biri qaçırıldı

Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova qaçırılıb.

APA-nın "tut.by" saytına istinadən verdiyi xəbərə görə, Maria Kolesnikova bu gün səhər Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA

Azərbaycanda koronavirusa görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalarla bağlı Operativ Qərargah tərəfindən qərarlar verilməkdədir. Sonuncu qərara əsasən sentyabrın 8-dən kafe və restoranlar əvvəlki qaydada fəaliyyət göstərəcəklər. Bundan əlavə şəxsi avtomobillə rayonlara gediş-gəliş bərpa olunub. Növbəti yumşalmada iri ticarət mərkəzləri, “Mallar”ı açıla bilərmi?

Həbs edilən məmurun yerinə gətirilmişdi, rüşvətə görə tutuldu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bir neçə gün öncə keçirilən əməliyyat nəticəsində daha bir vəzifəli şəxs rüşvət almağa görə həbs edilib. 

Operativ.tv-nin verdiyi xəbərə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) sədri Məmmədov Katib Rəsul oğlu rüşvət alarkən saxlanılıb.