03 September 2020

Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

Operativ.tv xəbər verir ki, avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. Xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Paşinyanın xanımından Azərbaycana qarşı daha bir təxribat - Fotolar

Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Operativ.tv xəbər verir ki,​ Akopyan “Qadınlar sülh naminə” təşəbbüsünün ənənəvi fəalları ilə birlikdə erməni xüsusi təyinatlılarının kamuflyajını geyinərək Qarabağdakı hərbi poliqonlardan birində döyüş təlimi keçib. Bununla Ermənistan hakimiyyəti ölkəmizə qarşı növbəti dəfə təxribat edib. 

Tofiq Yaqubluya hökm oxundu

Milli Şuranın və Müsavat partitasının üzvü Tofiq Yaqubluya hökm oxunub.

 

Bu barədə Rakurs.tv-nin məhkəmədə iştirak edən əməkdaşı xəbər verir.

 

Xəbərə əsasən, Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Onun ciddi rejimli həbsxanada saxlanılacağı da qərarda qeyd olunub.

Gələn il müdafiə və təhlükəsizlik xərclərinə 4 milyard ayrılacaq

2021-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə ayrılan xərc müəyyənləşib. 

Operativ.tv xəbər verir ki, bu sahənin ümumi büdcə xərclərində çəkisi 15,3 faiz həcmində proqnozlaşdırılır.

Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik məsələləri ümumi dövlət xidmətlərindən ( 16,7 faiz ) sonra ayrılan xərclərdə ikinci yerdə durur.

Zəhərlənən tələbələrə görə komendant ittiham edildi

2019-cu il noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.