02 September 2020

“BNA-nın bu konspesiyası quldurluqdur” – Ekspert

Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayev deyib ki, yeni konsepsiyaya əsasən, taksilərdə pərakəndə qiymətin olmaması müzakirə edilir: “Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olmaq niyyətində deyil. Qurum yalnız taksilərin fəaliyyətinə nəzarət edəcək. Taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək…”

Alışanovun həbs etdirdiyi adamın həyatı təhlükə qarşısındadır

Azərbaycan Televiziya və Radio Verlişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun şikayəti ilə 16 il müddətinə azadlıqdan məhrum edilmiş Şücayət Əkbərovun qızı Cəmilə Tağıyevə media vasitəsi ilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Kamran Əliyevə müraciət edib.

DİM-dən I və IV qrupların imtahan nəticələri ilə bağlı AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) 20-21 avqust 2020-ci il tarixində keçirlmiş I və IV ixtisas qrupları ali təhsil müəssisələrinin qəbul imtahanları barədə açıqlama verib.

DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, I və IV qruplar üzrə  qəbul imtahanının nəticələrinin bu həftənin sonuna kimi açıqlanması nəzərdə tutulur.

Xatırladaq ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 37 minədək  abituriyent iştirak edib.

“Sədərək”in sahibi dəyişir: Əvvəlki “yiyəsi” Ramiz Mehdiyevin himayəsində olub

"Sədərək” Ticarət Mərkəzinin sahibi dəyişir: Ramiz Mehdiyevdən sonra...

Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq ediləndən bu yana iri ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Lakin dünən "Binə” Ticarət Mərkəzinin fəaliyyət göstərdiyi barədə xəbər yayılıb. 

Azərbaycana suriyalı döyüşçülərin gətirilməsi xəbəri yalandır - RƏSMİ

Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrnin “Azərbaycandakı suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqaləyə cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, “Nezavisimaya qazeta” oxuculara həqiqətə tam uğun olmayan məlumat təqdim edib.