01 September 2020

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi başlanıldı

Respublikamızın bəzi regionlarında meliorasiya və su təsərrüfatı sahəsində son dövrlərdə yaranmış problemlərin aradan qaldırılması, əhalinin su təchizatının daha da yaxşılaşdırılması üçün proqram xarakterli ardıcıl tədbirlər görülməkdədir. Qeyd edilən bu strateji sahənin normal fəaliyyətinə maneə törədən faktorların müəyyən edilərək aradan qaldırılması istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Həbs olunan cəbhəçini nə ailəsi görə bilir, nə də vəkili...

Ramid Nağıyevi məhkəməsinə yenə gətirmədilər

Qarabağa dəstək yürüşünə görə həbs olunan AXCP fəalları - partiyanın əşkilat şöbəsinin əməkdaşı Ramid Nağıyev və Qaradağ şöbəsinin sədri Elnur Cabbarovun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. Bu iş üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. İşi aparan istintaq orqanı Nəsimi rayonu ərazisində yerləşdiyinə görə həbs olunanlar haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə də bu rayonun məhkəməsi qərar verməlidir.

Əli Həsənov danışdı: Hər şey yaxşı keçsə, qayıdacağam...

“Bu gün bir çox sosial şəbəkə resurslarında “KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda” məlumat yayılıb.

İddia olunub ki, guya “mənim Türkiyədə müalicə aldığım xəstəxana ilə əlaqə saxlanılıb və səhhətimin təyyarəyə minməyə imkan verib-vermədiyi öyrənilib.