29 June 2020

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə üçün ad günü keçirən dindarlar saxlanıldı

Müsəlman Birliyi Hərəkatının Hacıqabul rayonundakı 6 üzvü saxlanılıb.

 

Bu barədə Rakurs.tv-yə saxlanılanların yaxınları məlumat veriblər.

 

Saxlanılan şəxslərin yaxınlarının sözlərinə görə, Hacıqabulda çay evlərinin birində bir neçə inanclı MBH lideri Tale Bağırzadənin 36 yaşın qeyd ediblər.

8103 SMS icazə ilə bağlı limit tətbiq edildi - ƏHALİNİN NƏZƏRİNƏ!

8103 SMS icazə sistemi ilə bağlı daha bir dəyişiklik edilib.

 

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

 

Onun sözlərinə görə, dəyişikliyə əsasən, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq:

Siyavuş Novruzov: “Koronavirus yoxdur” deyənlər də cəzalandırılmalıdır

Milli Məclis “karantin və maska cərimələri”ni ikiqat artırdı – 10 min manatadək cərimə tətbiq olunacaq

“Bəziləri informasiyalar yayır ki, siz qanunu pozun, cənab Prezident və Mehribar xanım Əliyeva həmin cərimələri ödəyəcək. Evin üstündə çıxıb domino oynayan şəxsin cəriməsin niyə Prezident və xanımı ödəməlidir?”

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 29-da keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşdi

Azərbaycanda evində əməliyyat olunan vəkilin səhhəti pisləşib.

Oxu.Az-ın məlumatına görə, vəkil Loğman Abdullayev bu gün Mərdəkandakı xəstəxanaların birinə köçürülüb.

O, saat 10:00-da yenidən əməliyyat olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl xəstəxanalarda yer olmadığı üçün vəkil evində cərrahiyyə əməliyyatı keçirib.

Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - FOTO

Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Ukrayna KİV-i xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markal avtomobili oğurlayaraq qaçıblar.

Karantini pozanlarla bağlı yeni qərar - 10 min manatadək cərimə, 1 aylıq həbs...

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Rakurs.tv xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.