27 June 2020

Virusa yoluxmamaq üçün məzuniyyət götürdü, ürəyi dayandı

"Bakı Metropoliteni"nə ağır itki üz verib.

Operativ.tv xəbər verir ki, metronun "Xalqlar Dostluğu" stansiyasının rəisi İlqar Əliyev ürək çatışmazlığından vəfat edib.

Tanışlarının verdiyi məlumata görə, İ.Əliyev pandemiya səbəbindən böyük narahatlıq keçirib, virusa yoluxmamaq, özünü qorumaq üçün məzuniyyət götürübmüş. Təəssüf ki, keçirdiyi narahatlıq ürəyini dayandırıb.

“Kanal rəhbərləri mövqeyi olanları işə götürmür”

“Məni kədərləndirən mövzulardan biri də mövqesizlikdir. Bizim insanlarda bir tendensiya var: “Mənə yaxşıdırsa, niyə başımı ağrıdım?” Bu, kökündən səhv və problemlər gətirən bir anlayışdır. Gənclərimiz var ki, mövqeləri formalaşıb, cəmiyyətdə olan problemlərə göz yummurlar, hardasa yazır, səsləndirirlər. Onlar əfsuslar olsun ki, xalq düşməni kimi qəbul olunur. Ən böyük problem budur”. 

Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, vətəndaş Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır: