25 June 2020

Ana: `Oğluma əzab verirlər` - rəsmilər təkzib edir

Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısındakı divara parlament seçkilərinə etiraz olaraq "Fu Məzi" yazan ictimai fəal Fuad İsmayılovun saxlanıldığı Daxili İşlər Nazirliynin Binəqədi qəsəbəsindəki İnzibati Qaydada Həbs Olunanların Saxlanma Məntəqəsində işgəncəyə məruz qaldığı bildirilir.

“Orada Fuadın vəziyyəti ağırdır, ona əzab verirlər,” Fuad İsmayılovun anası Turana deyib. Ana bu sözləri deməklə kifayətlənib. O hesab edir ki, detallı danışsa oğluna daha da pis olar.

AB Azərbaycanla viza liberallaşmasına baxmağa hazır olduğunu deyib

“Düşünürəm ki, meyarlarımız və şərtlərimiz bəllidir”

Avropa Birliyinin (AB) qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi (Olivér Várhelyi) Avropa Birliyinin Azərbaycanla vizaların liberallaşdırılması məsələsinə baxmağa hazır olduğunu bildirib,- “SchengenVisaInfo.com” xəbər verir.

Komissar Azərbaycana vizasız gediş-gəliş tələbinə tezliklə baxıla biləcəyini deyib, - xəbərdə qeyd edilib.

Bu əlamətlərdən biri varsa, təcili COVID-19 analizi verin

Dünyada koronavirusa yoluxanların sayı artıq 10 milyona yaxınlaşır, 500 minə yaxın insan isə virus səbəbindən həyatını itirib.

Operativ.tv xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir.

Virusun orqanizmdən asılı olaraq fərqli simptomlarla özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir. 

Qalmaqallı peyk görüntüsü ilə bağlı - Açıqlama

Xaricdə yaşayan bloqer Həbib Müntəzir Novxanı kəndində yerləşən böyük bir obyektin peyk görüntüsünü yayımlayıb.

Müəllif qeyd edib ki, bu, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə məxsus villadır. Obyektin fərqli xüsusiyyəti orada böyük süni gölün yerləşməsidir, hansı ki, sahil xətti Xəzər dənizinin xəritəsinin konturlarını təkrarlayır. Sahəsi, müxtəlif hesablamalara görə, 200 hektara çatan obyektin miqyası həqiqətən heyrətamizdir.