24 June 2020

MBH üzvü Şamil Həsənov həbs olundu

İki gün öncə saxlanılaraq naməlum istiqamətdə aparılan, səhəri gün isə BMCMİ-də saxlanıldığı məlum olan Müsəlman Birliyi Hərəkatının üzvü Şamil Həsənov bu gün məhkəməyə çıxarılıb.

Nərimanov rayon məhkəməsində AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) maddəsilə ittiham olunan Ş. Həsənov haqqında 3 ay müddətinə sanksiya qərarı verilib.

Onun sabah Kürdəxanı təcridxanasına göndəriləcəyi bildirilib.

Karantin rejimi ilə bağlı AÇIQLAMA: "Bazar günündən sonra...."

İyunun 23-də 508 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejimi elan olundu. Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə, bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?

5 il əvvəlki qəzada itkin düşən daha 2 neftçinin cəsədi tapıldı

Ötən ay Xəzər dənizinin dərinsulu hissəsində boru xəttinin monitorinqi aparılarkən 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş iki əməkdaşın cəsədləri 190 metr dərinlikdə tapıldıqdan sonra iyun ayında da həmin ərazidə təftiş və axtarış işləri davam etdirilib. 

SOCAR-dan verilən məlumata görə, 149 metr dərinlikdə daha iki insan cəsədi aşkarlanıb. Cəsədlər müvafiq qaydada çıxarıldıqdan sonra dövlət orqanlarına təhvil verilib.

TƏBİB sədri Ramin Bayramlıya aid klinika COVİD-19 testləri edir - ARAŞDIRMA

Azərbaycanda COVİD-19 infeksiyasından həyatını itirənlərin sayı 160-ı ötüb. Təkcə iyunun 22-də 478 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Bununla da ölkədə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənib. Hazırda 5 878 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir.

İyunun 22-də aparılan COVİD-19 testlərinin sayı 4345 olub. Ötən müddət ərzində respublikamızda 426 394 test aparılıb. Bu heç də kiçik rəqəm deyil, xüsusən bir testin qiyməti baxımından.

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO

Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, Akif Əliyev Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

“Con Bolton həbsdə olmalı idi” - Tramp

ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Con Boltonun həbs edilməli olduğunu bildirib.

Operativ.tv xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb. Buna səbəb kimi Tramp Boltonun gəlirlərini artırmaq üçün məxfi materialları satmaq istəməsini göstərib. Onun sözlərinə görə, keçmiş müşaviri hazırda həyatının “ən dibində” yaşayır.

“Nəticədə mən onu bağışladım – amma bu ədalətli deyildi”, - deyə Tramp qeyd edib.