23 June 2020

“Bu qərar seçkini saxtalaşdıran şəxslərin məhkəmə qaydasında müdafiə olunmasıdır”

Ali Məhkəmə jurnalistin şikayətini təmin etmədi

Ali Məhkəmə jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) şikayətini təmin etməyib. Bununla da Bakı Apelyasiya Məhkəməsinin jurnalistin 1000 manat cərimələnməsi ilə bağlı qərarı qüvvədə saxlanılıb.

Cərimə 2018-ci il aprelin 11-də prezident seçkisi keçirilən gün 25 saylı Nizami İkinci Seçki Dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki səsvermə prosesindən hazırladığı reportaja görə kəsilib.

İmtahana buraxılmayan abituriyentlərin taleyi necə olacaq?

Koronavirus infeksiyasının Azərbaycanda ən çox təsir göstərdiyi sahələrdən biri təhsildir. Martın 13-dən tətbiq olunan karantin rejimi ilə əlaqədar Azərbaycanda bütün təhsil müəssisələrində tədris dayandırıldı. Təcrid rejiminin təhsil alanlar üçün ən həssas mərhələyə – buraxılış və qəbul imtahanları keçirildiyi dövrədək uzanması vəziyyəti bir az da çətinləşdirib. Belə ki, dərs ilinin yarımçıq dayanması bir yana, yeni qaydalar 11 illik təhsilini başa vuraraq ali məktəblərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün əsl baryer rolunu oynayır.

Azərbaycanlı professor koronavirusun yoxa çıxacağı dəqiq tarixi söylədi

"Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə. Ona görə də insanlar diqqətli olmalıdırlar".

Operativ.tv Milli.Az-a istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, təəssüflə bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:

MBH üzvünün saxlanıldığı vurğulanır

Ağır xəstə olan Şamil Həsənov dünən saat 17:00 radələrində oğurlanıb.

 

Ailəsi bütün gecə axtarışda olsa da, ondan xəbər ala bilməyib.

 

Bu gün səhər saatlarında Şamil Həsənov ailəsinə zəng edərək BMCMİ-də olduğunu bildirib.

 

O, polisin evlərində axrarış edəcəyini, qapılarının açarlarının yaxınları tərəfindən idarəyə aparılmasını istəyib.

Daha 100 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır.

Avropada say yenidən artır, İspaniya karantini bərpa edir

İspaniya hökuməti Araqon bölgəsində, Uesk əyalətində koronavirus infeksiyası aşkarlandığından karantin tədbirlərini yenidən bərpa edir.

Operativ.tv-nin “Euronews”a istinadən verdiyi xəbərə görə, bu, Avropa İttifaqına üzv ölkədə izolyasiyanın ləğvindən dərhal sonra yeni məhudiyyətlərin tətbiq olunduğu  ilk haldır.