20 June 2020

Yol polisindən taksilərin fəaliyyəti ilə bağlı AÇIQLAMA

“Taksilərin fəaliyyətinə icazə verilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, taksilərin fəaliyyəti zamanı mütləq riayət edilməli normalar var:

Rayonlara torpaq yolla keçmək istəyənlər cərimələnəcək - AÇIQLAMA

“Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə müəyyən olunaraq, cərimələnəcək”. 

Bunu bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

“Həftəsonu karantinindən istənilən nəticəni ala bilmədik”

“Biz istəyirik ki, sosial məsafəni, insanların bir yerə toplaşmasını azalda bilək”.

Bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib. 

O, təəssüf hissi ilə bildirib ki, həftəsonları ikigünlük qapanmadan istənilən nəticə alınmayıb: “Hər bir kəs yoluxa bilər. Hər kəs bilməlidir ki, bu xəstəliyin peyvəndi, xüsusi müalicəsi yoxdur. Biz özümüzü bu xəstəlikdən qorumalıyıq”. 

Bakıda 28 yaşlı oğlan evində öldürüldü

İyunun 19-da saat 14 radələrində paytaxtın Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13B nömrəli binanın 73 nömrəli mənzilində bədəni üzərində deşici-kəsici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyit aşkar olunması barədə məlumat daxil olub.

Xətai Rayon  Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.