19 June 2020

Təzəxan Mirələmli məhkum edildi

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə görə "Azadlıq" qəzetinin əməkdaşı Təzəxan Mirələmli məhkum edildi. İyunun 19-da Xətai Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək, ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Hökmə əsasən, T.Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk edə bilməz.

“Sərhədsiz Reportyorlar” baş redaktorla bağlı məhkəmə qərarını pisləyir

“Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”

“Sərhədsiz Reportyorlar” mətbuat azadlığını müdafiə təşkilatı “Criminal.az” saytının baş redaktoru Anar Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin çıxardığı qərarı pisləyib. “Bu, artıq təzyiq altında olan jurnalistin təqibinin növbəti nümunəsidir”, deyə təşkilatın “Twitter”-dəki hesabında bildirilir.

“Polis bizi döydü, 12 min manatımız oğurlandı...”

“Maşına hücum çəkdilər, təpiklədilər, əzdilər, şüşələrini qırdılar, saçımdan tutub yerə yıxdılar, qabırğalarımı qırdılar, Sultanın dişlərini qırdılar. Sultanın üstünə narkotik şəri atıb həbs etdilər. İndi də məni hədələyib tələb edirlər ki, onun əleyhinə ifadə verim. Deyirlər, üzünə durmasan, səni də türməyə göndərəcəyik”.

Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib. 

Həmin şəxslərin diqqətinə çatdırılıb ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir. Məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır.