17 June 2020

Hikmət Hacıyev: Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə görə təəssüflənirəm

“Vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisədən təəssüfləndiyini bildirib.

Vəfa Nağı: Fotomu yaymaqla öz aləmlərində məni biabır etmək istəyirlər

Bələdiyyə sədri: “Qadına qarşı belə bir hərəkət etmək şərəfsizlik, alçaqlıqdır”

Neftçala rayonunun Xolqaraqaşlı kəndindən bələdiyyə üzvü seçilən Vəfa Nağının çimərlikdə çəkdirdiyi şəkli böyüdərək kəndin dayanacağına və poçt binasına yapışdırıblar. Bu barədə məlumatı Vəfa Nağı özü yayıb. O, bu işi Xoşqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimovun etdirdiyini düşünür. Məqsədinin onun kənddəki ictimai nüfuzuna xələl gətirmək olduğunu fikirləşir:

Belorusda müxalifətçilər həbs edilib

Etirazlar zamanı onlarla fəal və siyasətçi zorakılığa məruz qalıb

Belorus müxalifət lideri Mikalay Statkeviç və bir neçə bloger seçkilərdən əvvəl ölkədə müxaliflərə qarşı genişlənən əməliyyatlarda 15 sutka həbs cəzasına məhkum edilib,- RFE/RL xəbər verir.

Statkeviç iyunun 1-də də Minskdə keçirilmiş “icazəsiz” müxalifət tədbirində qarşıdakı seçkilərdə namizəd olacaq şəxsləri dəstəkləmək məqsədiylə iştirak etdiyi üçün 15 günlük həbs cəzasına məhkum edilmişdi.

Bağlanan bankın bəzi əmanətçilərinə pul qaytarılmır

Azərbaycanda bağlanan daha bir bankda əmanətçilərin bir hissəsi xoşagəlməz sürprizlə qarşılaşıblar.

Operativ.tv FED.az-a istinadəmn xəbər verir ki, AMB-nin qərarı ilə lisenziyası ləğv olunan və müflis elan edilən "NBC Bank"ın bir sıra əmanətçilərinə bildirilib ki, onların əmanətləri sığortalanmayıb. Səbəbi odur ki, onlar banka əmanət qoyduğu müddətdə artıq "NBC Bank"a əmanət qəbul etmək qadağan edilibmiş.