16 June 2020

Hindistanla Çin sərhədində silahlı toqquşma baş verib

Hindistan və Çin sərhədindəki mübahisəli ərazidə yerləşən Ladakha rayonunda silahlı toqquşma baş verib. Atışma zamanı Hindistan ordusunun komandiri və iki əsgəri həlak olub. Çin Hindistanı sərhəd xəttini keçməkdə ittiham edib. Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi hind ordusunun iki dəfə sərhədi keçdiyini və bununla da çinli hərbçiləri cavab təhrik etdiyini bildirib.

Bakı-İstanbul reysi ilə uçanlara xəbərdarlıq!

AZAL Bakı-İstanbul reysi ilə uçan sərnişinlərə xəbərdarlıq edib. 

Qurumun mətbuat xidmətindən daxil olan məlumata görə, 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl  mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:

Sabah 39 dərəcə isti olacaq

17 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 29-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Rusiya sərhədində gözləyən azərbaycanlılar aksiya keçirib, polis atəş açıb, saxlanılanlar var - Video

Rusiyanın Azərbaycan ilə sərhədində iki aya yaxındır ölkəyə qayıtlmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşlı iyunun 15-də axşam saatlarında Dağıstanın Qullar qəsəbəsində sərhəddən buraxılmaları tələbilə etiraz aksiyası keçirib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan videolardan məlum olur ki, vəziyyət iyunun 16-da Azərbaycana cəmi 240 nəfərin buraxılacağı məlum olduqdan sonra gərginləşib.