15 June 2020

Elçin Qasımovun və MBH-nin rəsmi facebook səhifələri oğurlandı

Müsəlman Birliyi Hərəkatının sədr əvəzi Elçin Qasımovun və Müsəlman Birliyi Hərəkatının rəsmi Facebook səhifəsi oğurlanıb.

 

Bu barədə Operativ.tv-yə Müsəlman Birliyi Hərəkatının mətbuat xidmətindən bəyanat daxil olub.

 

Bəyanatı olduğu kimi təqdim edirik:

 

"Müsəlman Birliyi Hərəkatına qarşı növbəti təxribat və cinayət törədilib.

Leyla Abdullayeva: “Ermənistanın Azərbaycanı öz ərazilərini işğal etməkdə ittiham etməsi gülüncdür”

Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonunun guya ki, işğal olunmasına dair bəyanatı təcavüzkar Ermənistanın Azərbaycana qarşı olan əsassız ərazi iddialarının ölkəmizin hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu ilə məhdudlaşmadığını aşkar şəkildə göstərir. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayevanın şərhində deyilir.

Azərbaycanda ən az maaşı bu şəxslər alır

Azərbaycanda ən az maaş verilən sahə məlum olub.

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ən aşağı olan sahə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsidir. Belə ki, bu ilin yanvar-may ayına olan göstəricilərə görə, qeyd edilən sahədə çalışanların orta aylıq nominal maaşları 418 manat olub.

Məlumata görə, kənd təsərrüfatının dövlət sektorunda çalışanların orta aylıq əməkhaqları 390,3 manat, özəl sektorda çalışanlarda isə 449,8 manat təşkil edib.

AZAL İstanbula iki xüsusi reys yerinə yetirəcək

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.

Bakıda adam öldürən şəxs axtarışa verilib

Azərbaycanın hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən şəxs barəsində axtarış elan edib.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Şahvələdov Hikmət Ruza oğlu Bakıda adam öldürərək istintaqdan yayınıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinir. H. Şahvələdov barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Avstriyada məhdudiyyətlərin bir qismi ləğv edilir

Avstriyada koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin bir qismi ləğv edilir.

 

İyunun 15-dən etibarən ölkədə ticarət obyektlərində, kafe və restoranlarda, eləcə də otellərdə tibbi maskalardan istifadə öhdəliyi aradan qaldırılacaq. 

 

İctimai nəqliyyat, səhiyyə obyektləri və apteklərdə, eləcə də sosial məsafənin saxlanması mümkün olmayan yerlərdə bu öhdəlik qüvvədə qalacaq. Bundan başqa, kafe və restoranların iş saatı da 23:00-dan 01:00-dək uzadılıb.