13 June 2020

Rəhim Qazıyev başından xəsarət alıb

Sabiq nazir naməlum şəxs tərəfindən vurulduğunu deyir

Sabiq müdafiə naziri Rəhim Qazıyev iyunun 12-də günün ikinci yarısında naməlum şəxs tərəfindən küt alətlə vurulduğunu deyir. Nəticədə sabiq nazir başından ağır xəsarət alıb.

Bu barədə Rəhim Qazıyev özü Meydan TV-yə danışıb.

Rəhim Qazıyevin sözlərinə görə, onu vuran şəxsi görməyib, hadisə bir anda baş verib:

Polisdən Bakı sakinlərinə xəbərdarlıq

Bakı Şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib.

Operativ.tv-yə daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bakıda 2 məktəb sökülərək yenidən tikilir

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb.

İdarədən verilən məlumata görə, bundan əlavə, 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.

Bakıdan çıxışda tıxac, rayona gedənlər geri qaytarılacaq

Hazırda Bakının çıxış nöqtələrində böyük tıxac yaranıb. Bu gecə saat 12-dən tətbiq ediləcək sərt karantin rejimində evdə qalmaq istəməyənlər rayonlara üz tutub. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Azərbaycanda iyulun 1-dək karantin rejimi uzadılıb: