12 June 2020

Türkiyə Azərbaycanla sərhədləri açdı

Türkiyə hökuməti qonşu ölkələrlə hava, quru və su sərhədlərinin açılması məsələsini müzakirə edib.

Müzakirələrdən sonra hökumət əvvəlcədən elan edilən Türkiyə vətəndaşları ilə xarici ölkə vətəndaşlarının hava quru və dəniz yolu ilə Türkiyəyə gəlməsini məhdudlaşdıran qadağaların ləğv edilməsinə qərar verib.

Türkiyə İran istisna olmaqla bütün qonşu ölkələrlə, o cümlədən Azərbaycanla sərhədlərini açıb.

Zoom ABŞ-da məskunlaşmış çinli fəallara məxsus hesabı bağlayıb

Qrupun bəyanatında hesabın 7 iyun günü bağlandığı bildirilir

Zoom video kommunikasiya sistemi Çində Tiananmen Meydanının dağıdılmasının 31-ci ildönümü ilə əlaqədar onlayn anım tədbiri keçirməyə çalışan ABŞ-da məskunlaşmış bir qrup çinli fəala məxsus hesabı müvəqqəti olaraq bağlayıb, - “Reuters” xəbər verir.

Döyülən Yasamal sakinlərinin vəkilinə xəbərdarlıq edilib

Vəkillər Kollegiyası Rəyasət Heyəti vəkil Cavad Cavadova xəbərdarlıq edib. Bu barədə Kollegiyanın məlumatında bildirilir.

Səbəb iyunun 7-də “Yeni Yasamal” yaşayış massivində saxlanılan Kərim Süleymanlı haqqında məlumatların yayılmasıdır.

“Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında saxlanılıb, sonra buraxılıb. Vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş Süleymanlıya hüquqi yardım göstərir.

Zelenskidən yeni təyinat

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Hərbi Hava Qüvvələrinin yeni komandanını təyin edib.  

Operativ.tv “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, ukrayanlı lider bu vəzifəyə Aleksey Neijpapanı təyin edib. Eyni Fərmanla Zelenski İqor Voronçenkonu vəzifəsindən azad edib.

Neijpapa daha əvvəl Hərbi Hava Qüvvələrinin komandanının döyüş hazırlığı üzrə müavini vəzifəsini tuturdu.  

 

 

Bakıda 34 yaşlı iş adamı koronavirusdan öldü

Azərbaycanda daha bir gənc koronavirusdan ölüb.

Bakıda mebel şirkətinin direktoru olan 1986-cı il təvəllüdlü Fərid Əliyev koronavirus xəstəliyindən vəfat edib.

Bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar. Bildirilib ki, əvvəldən heç bir xəstəliyi olmayan F.Əliyev koronavirusa yoluxsa da, ilk günlərdə bunun adi qrip olduğunu deyərək həkimə müraciət etməyib.