11 June 2020

Bakı metropoliteni yeni stansiyanın döşəməsinin rənglənməsini özəl şirkətə tapşırıb

“Bakı Metropoliteni” QSC "B-3" stansiyasının sahələrində döşəmənin epoksid döşəmə örtüyü ilə rənglənməsi işlərini “CMT Group” şirkətinə tapşırıb. Hərçənd, metropolitendin özünün kifayət qədər sayda təmir-tikinti sahələri və 1000 nəfərlik inşaatçı ordusu var.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının Bəyanatı

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının üzvləri Azərbaycanda Covid-19 pandemiyası ilə bağlı elan edilmiş  6-8 İyun 2020-ci il tarixdə xüsusi karantin rejimi və ondan sonrakı gündə bir sıra polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı həyata keçirilmiş zorakılıq, vətəndaşların təqib edilməsi, həddindən artıq və əsaslandırılmamış gücün tətbiqini pisləyir, və hökumətdən vətəndaşların konstitutsion hüquqlarına hörmət edilməsini tələb edir.

ABŞ-ın din haqda hesabatı Azərbaycanda sui-istifadələrin olduğunu əks etdirir

ABŞ Dövlət Departamenti dini azlıqların təqib edildiyi ölkələrdə təqiblər, dözümsüzlük və digər mənfi tendensiyaların qaranlıq mənzərəsini çəkir. Bu barədə Dövlət Departamentinin 2019-cu ildə beynəlxalq dini azadlıq haqqında illik hesabatında deyilir, Turan-ın müxbiri məlumat verir.

Dövlət katibi Mayk Pompeo çərşənbə günü mətbuat konfransında məruzəni təqdim edib. “Amerika heç bir halda ideal ölkə olmasa da, biz həmişə ən yaxşı tərəfə doğru dəyişməyə çalışırıq”, - o, jurnalistlərə bildirib.