10 June 2020

Ağır işlərdə çalışanların pensiyaya çıxmaq yaşı azaldılır - Azərbaycanda

Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığı artırılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların yaş həddi 5 il azaldılmaqla onlara yaşa görə əmək pensiyası hüququnun verilməsi nəzərdə tutulur.

Ermənistanda ara qarışdı - Paşinyan müxalifətə müharibə elan etdi

Ermənistanın baş naziri Nikol Paşinyan koronovirusdan sağaldığını bildirib. Baş nazir özünün və ailə üzvlərinin təzədən COVİD-19 testindən keçdiyini, nəticələrin isə neqativ olduğunu bəyan edib. Elə bu fonda da xəbər yayılıb ki, Paşinyan Rusiya lideri Putinin dəvətini (əslində tələbini) qəbul edərək, iyunun 24-də Moskvada 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümünə həsr olunmuş paradda iştirak edəcək.

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü saxlanıldı - Yeniləndi

Rakurs.tv-nin əldə etdiyi məlumata əsasən, Alik Aslanov İmişli Rayon Məhkəməsinin hakimlərinin qərarı ilə 15 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib.

 

11:09

 

Müsəlman Birliyi Hərəkatının üzvü Alik Aslanov polis tərəfindən saxlanılıb.

Şahidlərin sözlərinə görə, o, dünən mülki geyimli şəxslər tərəfindən tutularaq aparılıb.

Ronaldo "Yuventus"dan ayrılır - bu klublardan birinə keçir

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun mövsümün sonunda İtaliya "Yuventus"undan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb.

Offsideplus.az "Radio Rossonera"ya istinadən xəbər verir ki, 35 yaşlı hücumçu Turin təmsilçisindən ayrılmaq niyyətindədir. O, mövsüm bitəndən sonra rəhbərliklə görüşərək, komandadan ayrılacaq.

Gürcüstanda FETÖ əlaqəli məktəb bağlandı

Gürcüstan Təhsil Keyfiyyətinin İnkişaf Mərkəzi FETÖ ilə əlaqəsi olan Şota Rustaveli adına İbtidai Məktəb və Liseyin lisenziyasını ləğv edib.

Gürcüstan Təhsil Nazirliyinə bağlı mərkəzin yazılı açıqlamasında ölkənin Rustavi şəhərində fəaliyyət göstərən məktəbin illik təhsil planı ilə məktəbdəki təhsil şəraitinin uyğun olmadığı əsası ilə lisenziyasının ləğv edildiyi bildirilib.

BNA kondisioner etirazlarına aydınlıq gətirdi

Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Bildirib ki, TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslardakı sərinləndirmə sistemləri havanı daxildə dövr etdirdiyindən onların işə salınmasına məhdudiyyət qoyulub: 

Qiyas İbrahimov sərbəst buraxılıb

İctimai fəal Qiyas İbrahimov sərbəst buraxılıb.

 

Bu barədə o özü facebookda məlumat paylaşıb.

 

O bildirib ki, barəsində araşdırmalar davam etdirilir: “Sonradan məhkəməyə çağırılacağımı dedilər".

 

Qeyd edək ki, Q.İbrahim İnzibati Xətalar Məcəlləsinin 510-cu(xırda xuliqanlıq)  maddəsi ilə təqsirli bilinir.

 

Xatırladaq ki, Q. İbrahim ötən gün intihara cəhd edib.