09 June 2020

Gülər Süleymanova: Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla

İyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində həbs olunan Kərim Süleymanlı bu gün sərbəst buraxılsa da, ona şərt qoyulub.

Bu barədə Meydan TV-yə Kərim Süleymanlının anası Gülər Süleymanova məlumat verib.

Ananın sözlərinə görə, oğlu Kərim Süleymanlıya şərt qoyub buraxıblar:

Müsavat Partiyası polisin həddən artıq güc tətbiq etməsini pisləyib

Müsavat Partiyası bəyanatla çıxış edərək ötən həftə sonu Bakıda və Azərbaycanın digər iri şəhərlərində sərt karantin rejimi çərçivəsində polisin vətəndaşlara qarşı həddindən artıq güc tətbiq etməsini pisləyib.

Partiyanın bəyanatında qeyd olunur ki, hüquq-mühafizə orqanları qanun çərçivəsində, məsuliyyətlə, hakimiyyətdən sui-istifadə etmədən  hərəkət etməli və qanunlarda nəzərdə tutulmayan tədbirləri tətbiq etməməlidir.

SMMM və ATİŞ polisin vətəndaşlara qarşı zorakılığını pisləyir

Azərbaycanın ictimai təşkilatları iyunun 8-də Yasamal rayonunda bina sakinlərinin saxlanması zamanı polisin vətəndaşlara qarşı törətdiyi vəhşiliyi pisləyiblər.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin (SMMM) bəyanatında DİN-in çevik polis alayı əməkdaşlarının qeyri-mütənasib güc tətbiq etməsi, saxlanılanların döyülməsi, onlarla alçaldıcı rəftar edilməsi pislənilir. SMMM bu hərəkətləri “vətəndaşlara qarşı cinayət” kimi qiymətləndirir.

Rusiya payızda Gürcüstana uçuşları bərpa edə bilər

Rusiya payızda Gürcüstana birbaşa uçuşları bərpa edə bilər.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyasının internet saytında yerləşdirilən bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya iqtisadiyyatının bərpa edilməsi məqsədilə Gürcüstana və Misirə uçuşlar payızda bərpa edilə bilər. Belə ki, bu istiqamətlər üzrə uçuşlara tələbat böyükdür.

Yasamal sakini: Bizə dedilər ki, saxlanılanları polis idarəsində pis döyüblər

“Polislər heç müəyyənləşdirməyiblər ki, zibilləri kimlər atmışdı”

İyunun 8-də Yeni Yasamalda polislərin yataqdan qaldırıb, çılpaq şəkildə apardıqları Elvin Süleymanovla yanaşı, qardaşı da Kərim də həbs olunub. Bu barədə Meydan TV-yə danışan Gülər Süleymanovanın sözlərinə görə, digər oğlu Kərim polislərdən qardaşının geyinməsinə imkan verilməsini istədiyi üçün cəzalandırılıb.