08 June 2020

Yasamalın icra başçısı iki şöbə müdirini işdən çıxardı

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.

Operativ.tv-nin Unikal.org-a istinadən məlumatına görə, E.Həsənovun əmri ilə, Yasamal Rayon Icra Hakimiyyətinin  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.

Daşınmaz əmlakın icbari sığortasında ciddi artım olub

Ötən il ölkə ərazisində baş verən çoxsaylı yanğın hadisələri və təbii fəlakətlər nəticəsində həm yaşayış sahələrinə, həm də sahibkarların əmlakına yüksək məbləğdə zərərlərin dəyməsi və maliyyə itkilərinin ödənilməsində yaranan çətinliklər əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirdi.

Kəşmirdə 4 nəfər öldürüldü

Cammu və Kəşmir bölgəsində Hindistan əsgərləri ilə üsyançılar arasında qarşıdurma baş verib.

 

Operativ.tv "Eastnews.org" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıblar.

 

Məlumata əsasən, Hindistan təhlükəsizlik qüvvələri üsyançılardan 4 nəfəri vuraraq zərərsizləşdiriblər.

 

Hal hazırda bölgədə gərginliyin davam etdiyi və yaralananların da olduğu qeyd olunur.

Bakıda polis binanı mühasirəyə aldı, saxlanılanlar var - Foto

Karantin rejiminə etiraz edib zibil atanlar cəzalandırılıyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binaları mühasirəyə alıblar. Bina sakinlərinin sözlərinə görə, polislər bloklara daxil olaraq sakinləri evlərindən zorla aparıblar. Sosial şəbəkədə polisin hərəkəti iyunun 6-da bir neçə gəncin karantin qaydalarını pozarkən saxladıqları zaman mərtəbələrdən etiraz əlaməti olaraq zibil atılması ilə izah edilir.

 

Bina sakinlərinin Meydan TV-yə neçə nəfərin həbs olunduğunu bilmədiklərini söyləyiblər.