06 June 2020

Azərbaycanda “zərərli” saytları bloklamaq üçün anonimayzerləri bağlamaq istəyirlər

Azərbaycanda anonimayzerlər – ölkədə bloklanmış saytlara – “Meydan” TV, “Azadlıq” radiosu, “Azadlıq” qəzeti, “Turan” TV və “Azərbaycan saatı” giriş imkanları yaradan proqramlar bağlana bilər .

“Meydan” TV-nin məlumatına görə, Ali Məhkəmənin Plenumu bu qərarı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kassasiya şikayəti əsasında çıxarıb.

Dağıstanda ölkəyə buraxılmağını gözləyən 6 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

“Xəstəxanada daha 7 nəfərin testinin cavabını gözləyirlər”

Dağıstanda Azərbaycana buraxılmağı gözləyən altı vətəndaşda koronavirus aşkarlanıb.

“İnterfax” agentliyinin məlumatına görə, bu barədə xəbəri Dərbəndin Mərkəzi şəhər xəstəxanası yayıb.

Xəbərdə deyilir ki, ümumilikdə xəstəxanaya müvəqqəti saxlanma məntəqələrində yerləşdirilmiş 13 Azərbaycan vətəndaşı gətirilib.

Ayasofya məscidə çevrilə bilər

Hazırda Ayasofya muzey olaraq fəaliyyət göstərir

İstanbuldakı keçmiş Yunan Pravoslav patriarxal kilsəsi Ayasofyanın müntəzəm İslam namazına açıla biləcəyi deyilir,- yerli Türkiyə mediası xəbər verir.

“Hürriyət” xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın rəsmilərinə lazımı tədbirləri başa çatdırmağı əmr edib.

Siyavuş Novruzov: Avropa Məhkəməsinin cərimələrini hakimlər ödəməlidir

“Vətəndaşın verdiyi vergini niyə bu işlərə cəlb etməliyik?!”

“Avropa Məhkəməsinin Azərbaycan əleyhinə çıxardığı qərarlara əsasən təyin edilən cəriməni həmin işlə bağlı Azərbaycan məhkəmələrində prosedur qaydalarını pozmaqla qərar çıxarmış hakim ödəməlidir”.

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 5-də keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Siyavuş Novruzov belə deyib.

Bu səhər işə başlayan çörək sexi bağlandı - Fotolar

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejiminin olmasına baxmayaraq şəhərin Nizami rayonunda çörək sexi fəaliyyətə başlayıb. 

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya daxil olan məlumata görə, polis əməkdaşları dərhal obyektin fəaliyyətini dayandırıb. 

Obyekt sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görüb.