05 June 2020

icaze.e-gov.az portalının fəaliyyəti aktivləşdirildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının faaliyyəti yenidən aktivləşdirilib.

Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belçikalılar kolonial kralın büstünün götürülməsini tələb edir

Petisiyalardan biri 14 yaşlı bir oğlan tərəfindən onlayn başladılıb

Silahsız qaradərili amerikalı Corc Floydun ölümünə dair qlobal etirazlardan ilhamlanaraq Belçikada təxminən 30,000 insan iki petisiya imzalayıb.

“Reuters” xəbər verir ki, petisiyalar kolonial dövrün kralı İkinci Leopoldun heykəlinin qaldırılması ilə bağlı olub. İkinci Leopoldun ordusu 1800-cü illərin sonlarında müstəmləkə dövründə Konqonun böyük bir qismini qırıb keçib.

Türkiyə parlamenti üç müxalif deputatı statusundan məhrum edib

Kemal Kılıçdaroğlu: “Bu, milli iradəni əks etdirmir”

Türkiyə parlamenti cümə axşamı günü kürd tərəfdarı olan iki millət vəkilinin və ana müxalifət partiyasından olan bir millət vəkilinin statusunu ləğv edib, - yerli medialar xəbər verir.

“Reuters”in məlumatına görə, qərar onlar barəsində ittihamlar sonlanandan sonra baş verib. Parlamentin qərarı partiyaların etirazına səbəb olub.