02 June 2020

İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

Operativ.tv xəbər verir ki, bunu Azvision.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

Çernoqoriya hökuməti iyunun 1-dən etibarən bir sıra ölkə vətəndaşlarına karantinə riayət etmədən və koronavirus testindən keçmədən ölkəyə gəlmələrinə icazə verir.

 

Operativ.tv bildirir ki, bu barədə “Vijesti” yazıb.  

 

Nəşr qeyd edir ki, bazar ertəsindən etibarən ölkəyə Azərbaycan, Albaniya, Avstriya, Bolqarıstan, Danimarka, Misir, Finlandiya, Gürcüstan, Xorvatiya, Çexiya, İslandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monako, Almaniya, Norveç, Slovakiya, Sloveniya, İsveçrə və bir sıra digər dövlətlərdən turistlər gələ bilərlər.

 

Bu ölkə də sərhədlərini açır

Tunis hökuməti iyunun 27-də ölkə sərhədlərini açmaq niyyətindədir. 

Operativ.tv “TASS”a istinadən bildirir ki, bu qərar bazar ertəsi Baş Nazir Elias Fəhfahın sədrliyi ilə Koronavirusa Qarşı Mübarizə üzrə Milli Komissiyanın iclasının nəticələrinə əsasən qəbul edilib.

 

“Sosial-iqtisadi vəziyyət və sanitar şəraitin müzakirəsindən sonra komissiya iyun ayının 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarını verdi”, - məlumatda qeyd edilir.

 

Mehman Hüseynov xərçəngə tutuldu

Tanınmış bloqqer Mehman Hüseynov xərçəng xəstəliyinə tutulub. 

 

Rakurs.tv xəbər verir ki, bu barədə Mehmanın qardaşı Emin Hüseynov məlumat yayıb. O bildirib ki, bir neçə həftə əvvəl həkimlər Mehmanda tək fibroz şiş şəklində onkoloji xəstəlik aşkar ediblər. Qardaşı Mehmanın hazırda İsveçrədə olduğunu bildirib.

 

Qeyd edək ki, Mehman Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə aldığını açıqlamışdı.