01 June 2020

ELDAR MAHMUDOVUN LONDON MÜLKLƏRİ – Baş Prokurorluq sabah şərh verəcək

Eldar Mahmudovun London mülkləri ilə bağlı Bakıdan açıqlamalar - Prokurorluq sabah açıqlama yayacaq. Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda dəyəri 100 milyon funt sterlinqdən çox olan dəbdəbəli mülkləri ilə bağlı məlumatlara Bakıdan reaksiya verilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “BBC News Azərbaycanca”-ya deyib ki, bu məsələ ilə bağlı araşdırma aparılmalıdır.

MBH üzvü saxlanılaraq naməlum istiqamətə aparıldı - Yeniləndi

Bir saat əvvəl saxlanılan Samir Babayev artıq sərbəst buraxılıb.

 

Bu barədə yaxınları Rakurs.tv-yə məlumat veriblər.

______________________________________________________________________________________________________________________

Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayev naməlum şəxslər tərəfindən saxlanılıb.

 

Bu barədə Rakurs.tv-yə onun yaxınları məlumat veriblər.

 

“Lider” TV-nin müflis elan edilməsi üçün nazirlikdən - Müraciət

Bir müddət öncə işçilərinin əksəriyyətini məcburi məzuniyyətə göndərən və işdən çıxaran “Lider” televiziyasının müflis elan olunması üçün rəsmi prosedurlara başlanılıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi "Lider Tv və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə "Lider Tv və Radio-Azərbaycan” MMC-yə qarşı iddia qaldırıb.