22 May 2020

Sərhəd Xidmətinin həbs edilmiş zabitlərinin adları və vəzifələri

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidməti son günlər korrupsiyaya görə həbs olunan Sərhəd Xidməti əməkdaşlarının adlarını açıqlayıb.

Söhbət Xəzərdə brakonyerliyə havadarlıq edən generalın rəhbərliyilə bir qrup zabitdən gedir. Bu, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin rəisi, DSX rəis müavini, general-leytenant Əfqan Nağıyevdir.

Onun tabeliyində olanlar: polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov.

Dövlət Agentliyinin 21 əməkdaşına xəbərdarlıq edilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sağlam mənəviyyatlı və peşəkar kadrlarla komplektləşdirilməsi işi daim diqqət mərkəzində saxlanılıb. 

 

"Report"un əldə etdiyi məlumata görə, 2019-cu il ərzində fəaliyyətdə yol verilən nöqsanlara görə 1 əməkdaşa intizam tənbeh tədbiri tətbiq edilib.

 

Eyni zamanda 21 əməkdaşa yazılı xəbərdarlıq verilib. 

Həvəsləndirici tədbirlər ilə bağlı qanunvericiliyə uyğun olaraq 33 fərdi və kollektiv qaydada mükafatlandırılma həyata keçirilib.

Bu rayonun DSMF sədri saxlanıldı

Ağdaş rayon Dövlət Sosial Müdafiə Fondunun sədri Asif Abdullayev həbs edilib.

 

Operativ.tv-nin  məlumatına görə, ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fondda xüsusi əməliyyat keçirib.

 

Əməliyyat zamanı fondun sədri A. Abdullayev və məsləhətçi Məharət Əhmədov saxlanılıb.

 

Onlar korrupsiyada ittiham edilir.

Şimali Koreya ÜST-ə dəstək verdi

Ümumdünya Səhiyyə Assambleyasına qatılan Şimali Koreya heyəti COVID-19 pandemiyasına görə tənqidlərin hədəfinə çevrilən ÜST-ə dəstək nümayiş etdirib.

 

Operativ.tv “Newsweek”ə istinadən xəbər verir ki, Şimali Koreya heyəti pandemiyanın gözardı edilməsində ÜST-nin və ya hər hansı bir ölkənin günahlandırılmasını məsuliyyətsizlik adlandırıb. Həmçinin Şimali Koreya ÜST-ü təbii fəlakətləri siyasi maraqları üçün istifadə etməyə çalışan ölkələrdən ehtiyyatlı olmağa çağırıb.

 

DTX əməliyyatından sonra DSX-nın tenderi ləğv olundu

Dövlət Sərhəd Xidməti tərəfindən elan olunmuş tender ləğv olunub.

 

Xidmətin 19 mart 2019-cu il tarixində dərc olunmuş lot 2 - "dəniz dalğası və göy rəngli yaxalığı süni xəzdən isti gödəkçələr"in satınalınması üzrə tender proseduru "Dövlət satınalmaları haqqında" qanununun tələblərinə müvafiq olaraq ləğv edilib.

 

Xatırladaq ki, ötən günlərdə Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətində əməliyyat keçirmiş, Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri aşkar olunmuşdu.