21 May 2020

Rüstəm Usubov işdən çıxarıldı - Yeni təyinat

Baş Prokurora yeni müavinlər təyin olunub.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Elçin Məmmədov Baş Prokurorun birinci müavini təyin edilib. Buna qədər Baş Prokurorun birinci müavini Rüstəm Usubov olub.

Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda daha 335 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Operativ.tv xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 606-ya yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

İcra başçısının varidatının siyahısı yayılıb

Elxan Usubovla bağlı yayılan məlumatdan xəbərimiz var. Bu, böhtandır və şər xarakterli informasiyadır. Yazılanların heç biri həqiqətə uyğun deyil.

Bu sözləri Axar.az-a Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi bildirib. 

Elxan Usubovun varidatı ilə bağlı Almaniyada yaşayan jurnalist Həbib Müntəzirin yaydığı siyahıdan danışan başçı köməkçisinin sözlərinə görə, bu, başçının nüfuzuna xələl gətirmək üçün müvafiq şəxslər tərəfindən aparılan qara kampaniyadır:

Tələbələr tələb edir: təhsil haqqı və imtahanlar ləğv olunsun

"Tələbələr həm ödənişi etməkdə acizdirlər, həm də keçirilməyən dərslərə görə niyə ödəniş etməli olduqlarını anlamırlar. Biz də buna görə ödənişin ləğvini və dərslər keçirilmədiyi üçün imtahanların ləğvini tələb edirik”, - Bakı Dövlət Universitetinin II kurs tələbəsi, gənc fəal Rüstəm İsmayılbəyli söyləyir. 

O, "Facebook” sosial şəbəkəsində tələbələr arasında tanınan "Tələbə tələbi” səhifəsinin admindir.  

"Tələbə tələbi” təhsil ödənişinin və imtahanların ləğvi ilə bağlı müraciətini iyunun 1-də Təhsil Nazirliyinə  çatdırmaq niyyətindədir.

Adil Qeybulla: “Yumşalmadan öncə də rəqəmlər yüksək idi”

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən ölkədə koronavirusla bağlı karantin rejiminin yumşaldılması haqda qadağaların yumşaldılması və ya bəzilərinin tamamilə ləğvinə yönəlik qərarını açıqladı.

Dünyanın bir çox yerində, eləcə də, virusdan daha çox zərər çəkən ölkələrdən olan İtaliyada da artıq müəyyən yumşalmaların tətbiqinə başlanılıb. Amma Azərbaycanda tətbiq edilən yumşalma tədbirləri fonunda virusa yoluxma hallarının sayının üç rəqəmli olması və artan silsilə ilə davam etməsi bəzi suallara səbəb olur.