20 May 2020

Azərbaycanda Kino Şurası yaradıldı

Azərbaycan  Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb.

Nazirliyin sabiq əməkdaşı həbs edildi

Baş Prokurorluq vətəndaşın pensiyasını mənimsəyən şəxsi həbs edib.

Bununla bağlı Baş Prokurorluqdan verilən məlumatda deyilir:

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin sabiq əməkdaşı Ramiz Seyidəliyevin qanunsuz əməlləri barədə vətəndaşın daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.