19 May 2020

Vilyam Hacıyev azadlığa çıxmaq istəyir

İmişli rayon icra hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Vilyam Hacıyev azadlığa buraxılması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

V.Hacıyev Səbail rayon məhkəməsinin onun barəsində seçdiyi 4 aylıq həbs qətimkan tədbiri haqda qərarın ləğv edilməsini, azadlığa buraxılmasını istəyib. Hakim Namiq Məmmədov təqsirləndirilən V.Hacıyevin istəyinə “yox” cavabı verib və onun şikayəti təmin edilməyib.

Nazirliyin yarım milyonluq tenderlərini udan şirkətin sahibi kimdir?

Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduğu satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyətinin məmurlara aid olduğu barədə zaman-zaman araşdırmalar aparılıb.

2018-ci ildən sonra dövlət strukturlarında "islahatlar"ın başlanıldığı, "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin aparıldığı deyilsə də, digər sahələrdə olduğu kimi dövlət satınalmalarında da problemlər həllini tapmayıb.

Digər sahələrdə rüşvət və korrupsiya tüğyan etdiyi kimi, bu sahədə də "sifarişçi-qalib işbirliyi" davam etməkdədir. 

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirusa 1 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 702-yə çatıb. Onların 456-sı müalicə olunaraq sağalıb, 12-si isə vəfat edib.

Karantində 3 787, stasionar nəzarətdə isə 337 nəfər saxlanılır.

Koronavirusdan test olunan şəxslərin sayı isə 40 711 nəfər təşkil edir.