18 May 2020

“İnzibati cəza alanların videosunu yayan polislər məsuliyyətə cəlb edilməlidir”

Hüquqşünas: “Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz”

Son günlər sosial şəbəkələrdə inzibati cəza almış şəxslərin görüntüləri yayılır. Onların başı qırxılıb, üzr istəyirlər və s.

“Ailəsinə özünü öldürəcəyini deyib”

Türkiyədə daha bir azərbaycanlı koronavirusdan ÖLDÜ

Türkiyədə daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişib.

 

Operativ.tv xəbər verir ki, 1968-ci il təvəllüdlü Sadəgül Xudiyeva ötən gün mövcud pandemiya səbəbi ilə dünyasını dəyişib.

 

Bir müddət reanimasiyada qalan 52 yaşlı qadının səhhəti ötən gün pisləşib və elə xəstəxanada vəfat edib. Mərhum İstanbulda, Sarıyer bölgəsində dəfn edilib. Qeyd edək ki, S.Xudiyeva ailəsi ilə birlikdə İstanbulda yaşayırdı.

 

Məktəblər hansı tarixdə açılacaq? - RƏSMİ AÇIQLAMA

Koronavirus səbəbilə aylardır fəaliyyətini dayandıran təhsil müəssisələrinin nə zaman açılacağı hər kəsi maraqlandırır.

Sosial şəbəkələrdə məktəb və bağçaların yanvar ayından etibarən başlayacağı ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı "MediaPost"a açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu cür məlumatlar tamamilə əsassızdır:

İsveçdə azərbaycanlı koronavirusdan ölüb

Məhərrəm Hüseynovun ailəsi onun Neftçalada dəfn olunmasını istəyir

Azərbaycan vətəndaşı, 1961-ci il təvəllüdlü Məhərrəm Hüseynov mayın 15-də İsveçin paytaxtı Stokolmda koronavirusdan (COVID-19) vəfat edib.

“Report” İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbranda istinadən bu barədə məlumat yayıb.

Bildirib ki, M.Hüseynovun ailəsi onun doğulduğu Neftçala rayonunda dəfn olunmasını istəyir.

Bakıda postlar yığışdırıldı - Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi Bakıda polis postlarının yığışdırıldığını açıqlayıb.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nazirlər Kabienti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu gündən vətəndaşların SMS icazə alaraq evdən çıxması sisteminin ləğv olunmasına görə payaxtın bəzi küçə və prospektlərində quraşdırılımış xüsusi polis postlarının fəaliyyətinə artıq ehtiyac qalmayıb:

XİN-dən Laçının işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-cı ildönümünü ilə əlaqədar bəyanat yayıb.

XİN-dən daxil olan açıqlamada deyilir:

“18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.