16 May 2020

Toylara sentyabradək qadağa qoyulub? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə bu ilin sentyabr ayınadək toyların keçirilməsinə qadağa qoyulduğu haqda məlumatlar yayılıb və dünəndən  sözügedən mövzu müzakirələrə səbəb olub.

Toylarla bağlı məsələyə Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən açıqladığı qaydalarda toxunulub. Belə ki, mayın 18-dən bir çox sahələrdə yumşalmalar olsa da, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir.

Məhkəmə DTX-nın saxladığı generalla bağlı qərar verdi

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan 4 vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Nağıyevlə birlikdə DSX-nın Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.

Masallıda intihar etdiyi deyilən 17 yaşlı qızı qardaşı öldürübmüş

Masallı rayonunda 19 yaşlı oğlan 17 yaşlı bacısını boğaraq öldürüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə mayın 15-i saat 16 radələrində rayonun Çaxırlı kəndində baş verib. 2001-ci il təvəllüdlü Gözəlov Rafiq Rauf oğlu bacısı 2003-cü il təvəllüdlü Məmmədrzayeva Könül Rauf qızını yatdığı yerdə iplə boğaraq öldürüb.