11 May 2020

Neftçilər: 56 gündür dənizdəyik, maaşımız tam verilmir

Xəzər Dəniz Neft Donanmasının əməkdaşlarının şikayəti var. Onlar artıq 2-ci aydır ki, dənizdə növbədənkənar qaldıqlarını, buna görə əmək haqqını tam almadıqlarını söyləyirlər.

“56-cı gündür dənizdəyik. Canımızı dişimizə tutub işləyirik. Ancaq bizə əlavə qaldığımız günlərin əmək haqqı ikiqat verilməli olduğu halda, az yazılıb. Evdə qalan, hansı ki, onların yerinə işlədiyimiz işçilər bizimlə eyni əmək haqqını alıb”.

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 1,71%  azalaraq 1 barelə görə 30,44 dollar təşkil