08 May 2020

Bakıda 9 000 manatlıq velosiped oğurlandı

Bakıda bahalı velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də İ.Qədimovun 9 000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əbilov saxlanılıb.

Milli Məclis KİV-də dil normalarına dair yeni tələbi təsdiqlədi

Kütləvi informasiya vasitələrinin dilinə dair yeni tələb müəyyənləşib. 

Operativ.tv xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanunun 6-cı maddəsinə (Kütləvi informasiya vasitələrinin dili) təklif edilən əlavəyə əsasən, kütləvi informasiya vasitələrində dövlət dili normalarına riayət edilməlidir.