04 May 2020

Gəncə məhbusu işgəncələrə məruz qaldı

Gəncə hadisələrinə görə həbs olunan Elvin Nəzərovun Şəkidəki Cəza Çəkmə Müəssisəsində təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə Rakurs.tv-yə Elvin Nəzərovun yaxınları məlumat veriblər.

Bildirilib ki, cərimə kamerasına salınan Elvin Nəzərova rejim rəisi Ramin Əliyev və İlqar adlı şəxslər işgəncə də veriblər.

Yaxınları Elvin Nəzərovun aqibətinə görə narahat olduqlarını da qeyd edirlər.