01 May 2020

Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Operativ.tv-nin məlumatına görə, dövlət başçısının digər Sərəncamı ilə Kamran Əliyev Baş prokurorun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Mayın yarısı qeyri-iş günüdür

Beşgünlük iş həftəsində çalışanlar üçün may ayında 14 qeyri-iş günü olacaq. 

Operativ.tv xəbər verir ki, bu ay Azərbaycanda üç bayram qeyd ediləcək.

Belə ki, cari il üçün təsdiq edilmiş istehsalat təqviminə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü; 24 - 25 may – Ramazan bayramı; 28 May – Respublika Günü kimi qeyd olunur.

Bakıda xarici vətəndaş itkin düşüb

Bakıda 45 yaşlı kişi itkin düşüb.

Rakurs.tv xəbər verir ki, 1963-cü ilə təvəllüdlü, Sabunçu rayon sakini Əhmədova Ziynet Zeynal qızı polisə müraciət edərək bildirib ki, onun evində kirayə yaşayan Əfqanıstan vətəndaşı, 1975-ci il təvəllüdlü Akbari Nasim Amir oğlu təxminən 4 gün əvvəl evdən çıxıb bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır .

Çayxananın sahibi müştərilərlə birgə cəzalandırıldı

Zaqatalada Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

DİN-dən verilən məlumata görə, obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan 6 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib.