14 February 2020

Nazir: “Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”

“IX və XI sinif buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməli və bundan nəticə çıxarılmalıdır”. 

Bunu Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, yerli təhsili idarəetmə orqanları tabeliyində olan bütün məktəblərin vəziyyətinə dair monitorinqləri davamlı  etməli, əldə olunan nəticələrə əsasən adekvat tədbirlər görməlidirlər. 

Tibb Universitetinin yeni yaradılan ixtisaslarına qəbul planı açıqlanıb

“Azərbaycan Tibb Universitetinə (ATU) bu il imtahan verən tələbələr yeni yaradılmış ixtisasları da seçə biləcəklər. “Fizioterapiya və tibbi reabilitasiya” və “Tibb bacısı işi” ixtisaslarının hər biri üzrə 30 yer, “Səhiyyə menecmenti” və “Kliniki psixologiya” ixtisasları üzrə 15 yer planlaşdırılıb”.

 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbəsinin müdiri Samir Cavadov deyib.

 

Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir

Xəbər verdiyimiz kimi, 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edildikdən sonra Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə olan kabinetini boşaldıb.  H.Rəcəbli artıq deputatlıq uğrunda mübarizədən çəkilir.

Keçmiş deputatın Milli Məclisdəki kabinetindən əşyaları götürülüb.

Atəşkəs yenə pozuldu - 20 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Operativ.tv-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.