13 February 2020

Hamının şikayətçi olduğu parklanma ləğv edildi - FOTO

İctimai nəqliyyatın sərbəst hərəkəti və nəqliyyat axınının fasiləsizliyini təmin edilmək məqsədi ilə Qara Qarayev prospektində qanunsuz parklanmaya qarşı mübarizə tədbirləri gücləndirilib. Görülən tədbirlər nəticəsində, prospektdə əvvəllər pik və qeyri-pik saatlarda nəqliyyatın hərəkətində müşahidə edilən nizamsızlıq aradan qaldırılıb.

 

Rauf Arifoğludan sensasion müraciət: “Nəticələr ləğv olunsun, yarışaq...“

"MSK 35 saylı dairənin nəticələrrini ləğv etsin, bir daha yarışaq".

Operativ.tv "Yeni Sabah"-a istinadən xəbər verir ki, bu bəyanatla 35 saylı seçki dairəsindən deputat seçilmiş Rauf Arifoğlu çıxış edib. O, bildirrrib ki, rəqiblərim, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradırlar:

`Reuters` terror dəstəsinin şəkillərini yayımlayıb

"Reuters" İŞİD terror qruplaşmasının üzvlərinin həbsxanada olan şəkillərini çəkib. Həbs olunan İŞİD yaraqlıları arasında ABŞ, Belçika, Rusiya, Ərəbistan, Bosniya və Hersoqoviniyadan olan vətəndaşlar da var.

Bir çox qərb ölkəsindən terror təşkilatına qatılmaq üçün Suriyaya və İraqa gələn yaraqlılar müharibədə məğlub olduqdan sonra vətənlərinə qayıda bilməyib. Onların harda mühakimə olunacaqları belə mübahisə mövzusuna çevrilib.

Hadı Rəcəbli ilə bağlı məsələyə Seçki Dairəsinin sədri aydınlıq gətirdi

74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

 

Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.

 

Kanada şirkəti 3 aydır azərbaycanlıları işlədib pullarını vermir

"Kanadanın "Zenith Aran Oil Company"nin baş direktoru Andrea Cattaneo Azərbaycan Əmək qanunvericiliyini pozaraq üç aydır öz işçilərinə əmək haqqı ödəmir."

 

Bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. Hüquq müdafiəçisi, kanadalının cəzasız qalacağını bildiyi üçün belə etdiyini bildirir:

 

Atəşkəs yenə pozuldu - 22 dəfə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Operativ.tv-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.