11 February 2020

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

 

Səfər fevralın 24-25-nə nəzərdə tutulur.

 

Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclası keçiriləcək.

 

Türkiyə Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də olacaq.

Bakıda qara görə 5 nəfər yıxıldı

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma 5 müraciət daxil olub. 

TƏBİB-dən daxil olan məlumata görə, müraciət edən şəxslərdə diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub. Onlar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Tramp dünyanın ən güclü nüvə silahını yaradacağına söz verdi

Vaşinqton dünyanın ən güclü nüvə silahını yaradacaq.  Bu barədə ABŞ prezidenti Donald Tramp qubernatorların qarşısında etidyi çıxışda deyib. Sözügedən çıxışı "PBS" telekanalı yayımlayıb. 

 

ABŞ liderinin sözlərinə görə, Rusiya, ABŞ və Çin arasında nüvə silahına nəzarət mövzusunda heç bir razılaşma olmadığı üçün ABŞ-ın güclü nüvə arsenalını yaratmaqdan başqa çarəsi yoxdur.

 

Rusiyada kolbasa qəfildən partlayıb

Rusiyanın Tula şəhərinin sakini yerli mağazada satılan kolbasanın partladığını deyib. Bu barədə Gazeta.ru yazıb. 

 

“Kolbasana süfrəyə qoyub çay hazırlamağa getdim. Sonra isə partlayış səsi gəldi! Qorxudan az qala çaydan əlimdən düşsün!", - o, vurğulayıb.

 

Alıcının sözünə görə, kolbasanın istehsal tarixi təzə olub. 

 

Orta məktəblərin maliyyələşdirmə normativləri müəyyənləşib

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsini maliyyələşdirmə Normativləri”ni təsdiq edib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bu Normativlər Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin cari fəaliyyətini həyata keçirmək üçün büdcə vəsaitlərinə olan tələbatın proqnozlaşdırılması qaydasını özündə təsbit edir.