10 February 2020

Si Tszinpin: Çində vəziyyət olduqca çətindir

Çin lideri Si Tszinpin, ölkədə koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyəti hələ də çətin adlandırıb və xəstəlik üzərində qələbəyə inandığını bildirib. Bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

 

"Xəstəliyin yayılması ilə bağlı vəziyyət hələ də olduqca ağırdı. Buna görə, də partiya komitələri və  hakimiyyət  bütün qərar və planları qətiyyətlə və ardıcıl olaraq yerinə yetirməlidir", - deyə o, vurğulayıb. 

 

Növbədənkənar seçkilər saxtalaşdırılıb və xalqın iradəsini əks etdirmir - Milli Şura

9 fevral növbədənkənar parlament seçkiləri kütləvi saxtakarlıq və qanun pozuntuları şəraitində keçib. Ölkə boyu əldə olunan məlumatlar göstərir ki, bu seçkinin nəticələri tamamilə saxtadır və xalqın iradəsini əks etdirmir. Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) bəyanatında deyilir.

Aprel qazisi vəfat etdi

2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu vəfat edib. 

Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilib ki, Q.Hacıyev gecə saat 2 radələrində müalicə aldığı “Ege Hospital”da vəfat edib.

Atəşkəs cəbhənin müxtəlif istiqamətlərində 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Operativ.tv-nin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.